|
Dost Linklər
|
 |
 |
 |
|
Moskvada Məmməd İsmayılla görüş keçirildi
Uzun illər Türkiyədə yaşayan və yaradan sevilən şairimiz Məmməd İsmayılı soyuq Moskva isti qarşıladı. Yuri Kuznetsov, Aleksandr Kuşner və Mixail Sinelnikovun tərcüməsində işıq üzü görən “Vmesto pisma” kitabının Rusiya Yazıçılar Birliyinin təşəbbüsü ilə təşkil olunmuş təqdimat mərasimi Marina Svetayevanin ev muzeyində keçirildi.
Mərasimi kitabın tərcüməçilərindən olan M.Sinelnikov açdi. O, çıxışında bir çox görkəmli Azərbaycan şairlərinin adını çəkdi: “Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Məmməd Araz, Nəbi Xəzri Moskvada olublar. Bu tanınmışlarla bir sırada dayanacaq bir şair də var - Məmməd İsmayıl!
şərh sayısı : 1 oxunma sayi : 5
|
|
|
Sevinc el Sevər. Yeni şeirlər (Sevinc Pərvanə təxəllüsünü dəyişdi)
 
RAFİQ TAĞIYA HƏSR
mən elə öldüm ölümə hazırlıqsızdım qışın ortasında sobamda odun yox ikən taxçamda çörək ardımdakı yetimlərə buraxmağa
əyinləri çılpaqdı ayaqları yalın başları açıq ölümə hazırlıqsızdım
şərh sayısı : 1 oxunma sayi : 3
|
|
|
KOMİTET 300: DÜNYA HÖKUMƏTİNİN SİRLƏRİ -31
XXXI yazı: “Narkotiklərə qarşı müharibə” adı altında narkotiklərin leqallaşdırılması prosesi gedir; bu sadəcə sosial xəstəlik yox, bizim planetin insanlarının şüurunu ələ almaq üçün edilən tammiqyaslı cəhddir
Yeni Dünya Nizamı və sürətlə yaxınlaşan Yeni Qaranlıq Əsr şəraitində insanlar artıq şəxsi iradəyə malik olmayacaqlar- Oldos Haksli və Bulver-Littonun bütün həyatlarının əməyini “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” bəşəriyyətin bax belə bir vəziyyətə gətirilməsinin proqramı kimi istifadə etmişdir. Gəlin “ilk müqəddəs” Oldos Hakslinin bu haqda nə dediyinə baxaq: “Sivilizasiyanın bir çox səviyyələrindəki bir çox cəmiyyətlərdə narkotika dəmini İlahi dəmlə uyğunlaşdırmaq üçün cəhdlər edilmişdir. Məsələn, qədim Yunanıstanda rəsmi dində etil spirtinin öz yeri olub. Dionis, biz onu tez-tez Baxus da adlandırırıq, əsl ilahi olub. Kimyəvi dəyişikliklər (şüurda) qanunvericiliklə qadağan oluna bilər, lakin məcburi qaydada sırına bilməz”.
şərh sayısı : 1 oxunma sayi : 7
|
|
|
Eşşək bələdiyyə sədrliyinə namizəd oldu
 
Alı Vüsal Professional Oxucu Liqası
Bizim bəzi bələdiyyə sədrləri diksinməyə bilər, çünki bu olay biz tərəflərdə yox, Bolqarıstanda baş verib
Avropanın Bolqarıstan adlı ölkəsində, məşhur istirahət mərkəzi olan Varna şəhərində bir eşşək bu il həmin ölkədə keçiriləcək seçkilərdə bələdiyyə sədrliyinə namizəd göstərilib. Türkiyənin “Sabah” qəzetinin verdiyi xəbərə görə, Marko adlı eşşəyin namizədliyini irəli sürən Yeni Bolqarıstan Partiyası Varnanın hazırki bələdiyyə sədrinin öz vəzifəsinin öhdəsindən gəlmədiyini düşünürək, etiraz reaksiyası olsun deyə bu qərarı qəbul edib.
şərh sayısı : 1 oxunma sayi : 13
|
|
|
Devid Dyuk sülhə çağırır
 
Könül Səid
Bəs sən necə, İsrail uğrunda ölməyə hazırsanmı?
Son dövrlərdə dünyada baş verən proseslər siyasətdən uzaq olan insanları belə narahat etməyə başlayıb. İnsanlar artıq sərbəst şəkildə öz fikirlərinin arxasınca getməyə və doğru olanı görməyə başlayıblar. ABŞ-ın neft uğrunda müharibələri bitib tükənmək bilmir. Həmçinin son zamanlar insanları İranla müharibənin olacağı narahat edir. Ən çox da narahatçılıq Amerika vətəndaşları arasında müşahidə olunmağa başlayıb. İnsanlar artıq yeni açılımlara hazırdılar, sərbəst şəkildə öz beynlərində düşünür və kimlərinsə əlində oyuncağa çevrilən KİV-in onların əvəzinizdən düşünməsinə imkan vermirlər.
şərh sayısı : 1 oxunma sayi : 11
|
|
|
Xocalı soyqırımı - POEMA
 Şirinxanım Kərimbəyli Şadiman
Bu gün Türkiyəmizi bir çox xristian ölkələr heç vaxt olmamış yalançı erməni soyqırımı ilə suçlayırlar. Keçən əsrin 1917-18- ci illərində (Osmanlının) Türkiyənin şərqi Anadolu bölgəsində, güney Azərbaycanında, quzey Azərbaycanında rus işğalçılarının dəstəyi ilə təpədən dırnağadək silahlanmış erməni silahlı dəstələrinin xüsusən türk əsillilərə, nəinki türklərə, hətta digər müsəlman əhaliyə, dağlılara, tatlara, ləzgilərə, kürdlərə, talışlara, hətta dağ yəhudilərə qarşı törətdiyi soyqırımının haqq-hesabını sivil dünya ermənilərdən soracaqmı?!...
şərh sayısı : 1 oxunma sayi : 7
|
|
|
Paza paz gəlməydədi
Siyasətin "ləzzəti" söyüb söyülməydədi
Debatın "keyfiyyəti" döyüb döyülməydədi
Səsləmisən meydana, çox demisən meyxana Meyxananın "qüdrəti" əruz deyilməydədi
Qocalmısan kölgədə, olmusan daim gədə Söyləmişdi Buş "Dədə", qrand yeyilməydədi
Qovulmusan qoruğdan, yaman çıxdın çarığdan Aldın zədə "Balığdan", hardan iylənməydədi ?
şərh sayısı : 1 oxunma sayi : 8
|
|
|
Fevralın 25-də Salam Sarvanın kitabının təqdimatı olacaq
Fevral ayının 25-də (şənbə günü) saat 12:30 da “Şeiri sevməyən şair – Salam Sarvan” kitabının təqdimat mərasimi olacaq. Tədbir Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında keçiriləcək.
Ünvan: Bakı Şəhəri; Xətai rayonu; Xaqani Rüstəmov küçəsi 1210-cu məhəllə (Xətai metrosunun yaxınlığı).
“Şeiri sevməyən şair – Salam Sarvan” kitabında Salam Sarvan haqqında ən ziddiyyətli fikirlər, şeirlərindən nümunələr, Salamla böyük söhbət – şairin 67 suala cavabı, ona ithaf olunmuş şeirlər, Salamın dillər əzbəri olan misraları, “Keçəl Həsən və Həsən Keçəl” – ironik düşüncələrindən seçmələr və esselərindən seçmələr toplanıb. Maraqlananlar iştirak edə bilərlər.
şərh sayısı : 1 oxunma sayi : 2
|
|
|
YOLDA KİTAB OXUYANLAR
Azərbaycanda onlara niyə yadplanetli kimi baxırlar?
“I” əməliyyatı filminin məşhur səhnəsidir. Şurik avtobusda gedir, yanındakı qızın oxuduğu kitaba gözucu baxır öncə. Kitaba qapılır, hətta o qədər qapılır ki, onun sehri ilə o qızın evinə qədər birgə gedirlər, yemək yeyirlər, çay içirlər. Heç biri bunun fərqində olmasa da... Sonu? Göydən uç alma düşür... Əslində sözügedən mənzərənin aşağıda oxuyacağınız yazıya birbaşa aidiyyəti var. İctimai nəqliyyatda mütaliə edənlər barədə danışacağıq. Azərbaycanda onların sayı nə qədərdir?
şərh sayısı : 1 oxunma sayi : 15
|
|
|
Vəhhabilik -3
 Hafiz Mirzə
Təkcə Nəcdin deyil, ətrafdakı Hicaz və Təhamə qəbilələrinin başçıları da qarətçiliyə şirniklənib Səudun qoşununa daxil olurdular. Vəhhabilər hicrətin 1216-cı ilində ( miladi 1802-ci il) şiələrin baş şəhəri sayılan Kərbala şəhərinə hücum etdilər. Şəhərin qala divarlarını darmadağın edib, sonra qarşıya çıxan və gözlərinə rast gələn hər bir kəsi kafir qismində qətlə yetirdilər.
şərh sayısı : 1 oxunma sayi : 11
|
|
|
Qeyri-adi görüş
(Xahiş olunur ürəyi zəif olanlar hekayəni oxumasın və şəkilə baxmasın)
08.07.1972… Amerika təyyarəsi Vyetnamda bir dəstə uşağın sığındığı bir məbədə 4 napalm bombası atdı. Sağ qalan uşaqlaar alovlar içərisində qışqıra-qışqıra qaçmağa başladılar. Bu vaxt amerikalı fotomüxbir Nik Ut orada idi və ona Pulitser Mükafatını gətirən məşhur fotoşəklini çəkdi. [Vyetnam müharibəsinin simvol şəkillərindən biri olan acı dolu foto((] Çox keçmədi ki, bu şəkil (həm də bu şəkildəki çılpaq balaca qız) Vyetnam Müharibəsinin simvoluna çevrildi. Bu şəkil həm də Amerikanı dünya ictimaiyyəti qarşısında «məhkum edirdi».
şərh sayısı : 1 oxunma sayi : 106
|
|
|
SAVAŞroMAN
şərh sayısı : 1 oxunma sayi : 19
|
|
|
Yalan ayaq tutdu, Qara evə qədər getdi
 Sofya Sadıqlı Azərbaycan şor-biznesindən yazdı!
Azərbaycan mediası elə Bakının yollarına oxşayır. Bu yüz faiz belədir. Düppədüz yola az rast gəlmək olar. Amma hara baxırsan əyri-üyrü, çökək, çirkli su dolmuş yollardır. Bu bizim mediamızın tam əksidir. Azacıq yağan yağış suları kanalzasiya borularına dolur. Bu zaman kanalzasiya quyuları daşır və yolları çirkli su basır. Bu isə Azərbaycanda şou-biznes adlanan iyrənc məkana xidmət edən jurnalist tayfasının əksidir. Yəni bu jurnalistlər və əslində jurnalist adına qara ləkə olanların yazdıqlarıdır ki, cəmiyyətdə üfunət qoxuyur. O gün Şahin Cavadsoy adlı üfunətin biri yazıb ki, guya Brilliant Dadaşovanın Türkiyədə klip çəkdirdiyi “Çıx yaşıl düzə” mahnısı Türkiyəni lərzəyə gətirib.
şərh sayısı : 1 oxunma sayi : 60
|
|
|
Düyün düşdü ilmələr
 
Afaq Şıxlı ÜMİD ADASI
Ürəyimi döyündürən bir qığılcım, bir təkansan, Sevdiyim! Bu dünyanın acısından gizləndiyim xoş məkansan. Sevdiyim! Sən bir ümid adasısan xilas olub nəfəsimi dərməyə, Nə zamandır yollarını gözləyirəm sənə könül verməyə Sevdiyim! Açıl, açıl sabah kimi ürəyimə qorxu salan kölgələrin üstünə.
şərh sayısı : 1 oxunma sayi : 129
|
|
|
Miller yəhudilərin Qafqaza köçü barədə
Sima Ənnağının tərcümələri
I hissə: Gizli dil vasitəsilə yəhudi tacirlər müştəriləri asanlıqla aldadır, müştəri yanında bir-biri ilə gizli söhbətlər edirdilər
Əcdadları Fələstindən Assuriya çarları zamanında çıxarılıb, sonra Midiyada məskən salıblar, oradan da Qafqaza köçüblər
YƏHUDİ-TATLAR. Tat dilində danışan, dağ yəhudiləri adlanan millət, pərakəndə şəkildə keçmiş Kuban, Ter, Dağıstan, Bakı, Yelizavetpol vilayət və quberniyalarının şəhər və kəndlərində yaşayırlar. 1886-cı ildə İ.Ş.Anisimovun topladığı məlumata görə, tatların sayı 21 min olardı.
şərh sayısı : 1 oxunma sayi : 95
|
|
|
Faniliyin əyaniliyi
 Oktay Hacımusalı
yuxusuzluqdan qızarmış gözlərinizi yığın yolumdan başınıza dönüm səhər günorta axşam saçlarınızı yolmayın deməyin ki öləndən sonra heykəlini qoyacaqlar söz veriblər təzə tikilən avtovağzalın düz qabağında
şərh sayısı : 1 oxunma sayi : 118
|
|
|
Burcutmaq onun xasiyyətidir
 
Kəramət Böyükçöl
Dəyərli dostumuz Qan Turalı haqqında yazım: “Burcutmaq”
- Xəbərin var? - Nədən? - Deyirlər, yeni açılan internet saytının rəhbəri Qan Turalı burcudur. - Ayə, yaxşı görüm. - Canım üçün elə deyirlər. - Bəs, demirlər niyə burcudur?
şərh sayısı : 1 oxunma sayi : 191
|
|
|
AZƏRBAYCAN SƏYAHƏTİMİZ – 8
  Seyfəddin Altaylı, Ankara Gecələrin, Katran göklərinə inən papatyam ən nadidə çiçəklərin içindən Yalnızca səni seçtim.
"Səni seçtim" adlı şeirimdən
Bu gün həm Hüseynov ailəsi, həm də bizim üçün qeyri-adi bir gündür. Mələklər, Bakı göylərinə sevinc və xoşbəxtlik yağdıracaqlar. Çünki əziz qardaşım Rəşid Hüseynovun qızı Səbinə Xanımın toy günüdür. Mona Lisa adlı saray bu gün üçün təntənəli şəkildə bəzədilib, qonaqlarını gözləyir. Axşamı iplə dartıb gətiririk. Qədim dostlarım Ramiz Əsgər və Qafar Çaxmaqlı ilə gəlib bizi götürürlər və Nərimanovdakı düyün sarayına gedirik.
şərh sayısı : 1 oxunma sayi : 63
|
|
|
Yazını yazan var

Tehran Əlişanoğlu
Ədəbiyyat – yazıdır; Tarixdə(n) və tarixən yaranırsa da, Ədəbiyyatda tarix (fakt, rəqəm) olmur, yazı (tale) olur… İki-üç ay öncə bir dərgi də yarandı : “Yazı”. Və mənimcə: dərhal da ədəbi prosesə girdi. O mənada yox ki, guya böyük ajiotaj-filan doğurdu: yığcam bir tanışlıq-təqdimat mərasimi, bir-iki informasion, vəssalam. Bu, işin zahiri tərəfidir, bununla ədəbi gedişata girmirlər. Dərginin elə ilk sayından burda tarixən yaranmış böyük bir Ədəbiyyat enerjisini (jurnalın vurğuladığı “böyük Ədəbiyyat” yox ha!) duymamaq-görməmək olmur – bu mənada; ədəbi prosesi gəlişdirən bu növ hadisələrdir…
şərh sayısı : 1 oxunma sayi : 83
|
|
|
Atvyorka söhbəti
İlqar Fəhmi
Mən bu hekayəni klassik qaydada başlasaydım, gərək əvvəl təbiət təsvirini verərdim.
Amma bunu bunları eləməyə məndə nə həvəs, nə də istedad var.
Zəhləm gedir təbiətdən də, onun təsvirindən də. Ona görə də, bu vaxtacan Bakıdan kənara çıxmamışam.
Lakin əgər sən, əziz oxucu, qədim ədəbi ənənələrə sadiq adamsansa və hekayənin əvəllində təbiət təsvirinə əşhəddü-ehtiyac hiss edirsənsə, onda zəhmət çək, başını pəncərədən bayıra çıxart və təbiətin hansı vəziyyətini görürsənsə, hesab elə ki, mən də hekayəmin əvvəlində həmin şeyi təsvir edirəm.
şərh sayısı : 1 oxunma sayi : 50
|
|
|
Masonluğun iç üzü -6
Dövlət rəhbərliyinin əhəmiyyətli mövqeləri masonlar tərəfindən ələ keçirilmişdir
Masonluq kökü çöldə bir yəhudi təriqətindən başqa bir şey deyil
Masonluğun din əleyhinə fəaliyyətinin diqqətə çarpdığı bir başqa ölkə isə İtaliyadır. İtaliya torpaqları üzərində 1870-ci ilə qədər çox sayda kiçik dövlət vardı. Feodalizm dövrünün qalıqları sayıla biləcək olan bu kiçik dövlətlərin ən əhəmiyyətlilərindən biri isə mərkəzi Romada olan və Orta İtalyanın böyük hissəsini nəzarət edən Papa Dövləti idi. Fransız masonluğunun davamı olaraq qurulan və 19-cu əsrin başından etibarən İtaliyada təsirli olan masonlar isə Papa Dövlətini yıxmaq və İtalyanın daxilində Kilsə nüfuzunu yox etmək istəyirdilər.
şərh sayısı : 1 oxunma sayi : 63
|
|
|
Qəddafinin sevimli teleaparıcısı edam edildi
Qalya əl-Misrati Tripoli həbsxanalarından birində öldürülüb
İraqda "demokratik" quruculuq davam edir
Keçmiş Liviya lideri Müəmmar Qəddafinin sevimli teleaparıcılarından olan Qalya əl-Misrati edam edilib. ANS press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Əl-Ərəbiyə” telekanalı teleaparıcının Tripoli həbsxanalarından birindəki kamerada öldürülüb. Ötən ilin avqust ayında üsyançılar Tripolini tutarkən qadın aparıcı Libiyah TV-nin canlı efirində əlində silah tutaraq teleşirkətə soxulacaq istənilən şəxsi öldürməklə hədələmişdi. Bir qədər sonra isə Qalya əl-Misratinin üsyançılar tərəfindən ələ keçirildiyi onun zorlandığı və işgəncələrə məruz qaldığı informasiyası yayılmışdı.
şərh sayısı : 1 oxunma sayi : 112
|
|
|
Məhəbbət çox qəribə qəlp pul kəsəndir
Görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzakın aforizmlərini təqdim edirik
Qızıldan olan zəncirlər ən ağır zəncirlərdir. Ayaqqabılarım olmadığına görə təəssüflənirdim. Küçədə ayaqları olmayan adam görənə qədər... Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır. Vicdan bahalı bir xüsusiyyətdir. Ucuz insanlarda olmur. Ciddilik xarakterin əsasıdır. Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.
şərh sayısı : 1 oxunma sayi : 74
|
|
|
Nitşe ilə baş-başa verib ağlamaq
 Dilqəm Əhməd
Yatağımın qarşısında kitab şkafım, şkafımın görünən ən fövqəlyerində sənin aforizmlərinin toplandığı kitab dayanır. Hər gecə uzananda, yuxarı baxdığımda arxaya daranan saçların, ağzını örtən bığlarınla bir nöqtəyə baxırsan. Hətta bəlkə də, kitabın dizaynerinin səhvidir ki, sənə kostyum da geyindirib, qalstuk da taxıb. Bu isə səni heç də ciddi göstərmir. Kitabda dayanıbsan, danışa bilmirsən, gözləyirsən ki, mən kitabı açım, əvvəl sənin həyatını oxuyum, sonra aforizmlərini oxuyum, beləcə aramızda 150 ildən çox bir müddətə rəğmən danışaq.
şərh sayısı : 1 oxunma sayi : 121
|
|
|
ŞƏHƏR

Rövşən Yerfi
Bu gün başlanandan əhvalı yerində deyildi. Özü də bilmədən nədənsə ürəyi sıxılır, bərk darıxırdı. Sanki, nəyisə, kimisə gözləyirdi, baş aça bilmirdi ürəyi nə istəyirdi. Son vaxtlar dəb düşmüşdü, adamlar belə olanda atırdılar günahı havanın üstünə. Guya havada maqnit sahəsi aktivləşib – filan...Boş-boş sözlər idi. Bu xəstələri, qocaları aldatmaq, təsəlli vermək üçün deyilirdi.
şərh sayısı : 1 oxunma sayi : 133
|
|
|
Balıqçı qiyamının təfərrüatları
Dənizə kimlər elektrik cərəyanı buraxıb?
Hərbi maşının yaraladığı sakin kimdir?
Doğrudanmı, hərbi hissənin komandiri girov götürülüb?
“Buranı Xocalıya döndərəcəyik” deyənlər nədən belə düşünür?
Balığın canı suda olan kimi, əvvəl Sarı, indi Nərimanabad (Lənkəran rayonu) adlanan, eləcə də balıqçılıqla məşğul olan Şahağacı (Astara rayonu) və digər ərazilərdə yaşayan sakinlərin də canı balıqdadır. Yəni, balıq olsa, həmin ərazidə həyat var, balıq yoxsa, həyat da yoxdur.
şərh sayısı : 1 oxunma sayi : 12
|
|
|
Ana və uşaq
 Yaponiyadakı zəlzələdə xilasetmə qrupu gənc bir qadının qaldığı dağıntıya qədər çatırlar. Xarabalıqların arasında qadının cəsədinə yetişirlər.Qadının dağıntı altında qalması bir qədər maraq doğurur.Sanki əllərində bir şey tutaraq dizlərinin üzərində çökmüş haldadır.Bu əsnada sanki ev üzərinə yıxılmışdır.Qurtarma qrupunun başçısı yenə də sağ qalma ümidi ilə qadına yetişmək üçün çalışır.Təəssüf ki,qadın çoxdan ölmüşdür.Qrup oradan başqa bir dağıntıya hərəkət etmək istərkən qrup başçısı açdığı dəlikdən içəri doğru qadının cəsədinin altına doğru baxır və səslənir: “Bir uşaq”!!! “Bir uşaq” var!!!
şərh sayısı : 1 oxunma sayi : 54
|
|
|
Telekməkan vasitəsi ilə psixoloji terror
 ANS telekanalının “Yüzüncü baxış” verlişinin aparıcısı, şair, yazıçı publisist Həmid Herisçi bizimlə müsahibəsində olduqca maraqlı məqamlara toxundu. O, teleməkandakı hazırki durumu dəyərləndirib, problemlərin səbəblərini açıqladı. Xatırladaq ki, Həmid Hersçinin verlişi sentyabr ayında başqa tərzdə efirə çıxacaq.
şərh sayısı : 1 oxunma sayi : 97
|
|
|
Mən bir qız istəyirəm

Lalə Mehralı
Mən bir qız istəyirəm, Gəlişini duyanda sevincim min qat olsun, “Qızım olacaq” deyim, dünya duysun. İçimdə qızım sevinsin Qorxmasın, ürkməsin. Gəlişindən sevindiyimi bilsin. Sevildiyini anlasın… Qaçaraq gedim həkimə, Qızımı göstərsin deyə
şərh sayısı : 1 oxunma sayi : 160
|
|
|
“Beynimdə bütöv virtual Azərbaycan qurmaq ideyası var"
 Aydın Xan: "Pritçalarımın obrazı olan “Virtual Sufi” əslində, özüməm"
"Söz adamı" adlanan layihəmizin bugünkü qonağı Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kitabxana.net portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdur.
- Siz, jurnalistərin əksər mövzularda sərbəst müraciət etdiyi ziyalılarımızdan hesab olunursunuz. Görəsən, biz niyə bu qədər əminik ki, Aydın Xan hər mövzuda suallarımızı cavablaya bilər? Əslində, bütün ədiblər belə olmalı deyilmi? - Hesab edirəm ki, düşüncə, xüsusilə də ədəbiyyat adamı azad olmalıdır. Bu azadlıq özündə iki anlamı kəsb edir - ruhi azadlıq və intellektual azadlıq. Bunlar birləşdikdə insan kreativ təfəkkürə sahib olur. Bu cəhətdən də liberal təfəkkürlü, daha çox Avropa inkişafına meylli insan olaraq nəinki jurnalistlərin, mənə müraciət edən istənilən şəxsin sualına intellektim və biliyim çərçivəsində cavab verməyə çalışıram.
şərh sayısı : 1 oxunma sayi : 79
|
|
|
DƏM QAZI

Akif Abbasov. Hekayə
Şənbə günlərinin biri axşamüstü idi. Hamamı yandırmışdılar.Vaqif yuyunacaqdı. Onunçun dəyişik, dəsmal, kisə, maçalka qoymuşdular. Vaqif çayını içib ayağa qalxanda Nigar: – Atacan, cinsi şalvarım köhnəlib, – dedi. Vaqif onun saçlarını sığallayıb: – Köhnəlib, təzəsini alarıq, – deyə söz verdi. – Elə buna görə ürəyini sıxırsan? Nigar: – Ürəyimi sıxmıram, ata. Dedim məlumatın olsun. Pulumuz olanda...
şərh sayısı : 1 oxunma sayi : 113
|
|
|
Dayaq.org – tam sərbəst!
Dayaq.org – Məmləkətin 1 Nömrəli Ədəbiyyat Saytı
Dayaq.org- öz fikirlərini paylaşmaq, uğur qazanmaq, mükəməlləşmək, həyatda yaxşılığa doğru dəyişikliklər etmək istəyən yazarlar üçün saytdır. İnsan maariflənmək, tədricən yetkinləşmək, müdrikliyə can atmaq üçün yaranıb. Əgər o buna nail ola bilmirsə, deməli günah onun özündədir.
Yazar təfəkkürünü artırmaq üçün çalışmalı, öz gələcəyini istədiyi kimi qurmaq üçün səy göstərməli, dayanmadan və davamlı olaraq inkişaf etməlidir. Özü ilə bərabər başqalarının da inkişafına nail olmalı, onların arzularının həyata keçməsinə yardım etməlidir.
şərh sayısı : 1 oxunma sayi : 89
|
|
|
Peterburqda Putinin 16 kiloqramlıq qızıl büstü qoyulacaq
Heykəl bir aydan sonra əridilərək başqa zinət əşyalarına çevriləcək
"Azadlıq" radiosunun Rusiya bürosunun məlumatına görə, Peterburq sakinləri mart ayında Vladimir Putinin qızıldan düzəlmiş büstünü görəcəklər. Belə ki, məşhur "585" qızıl satışı şəbəkəsi bir ay ərzində büstü sakinlərə nümayiş etdirəcək, daha sonra əridərək ondan başqa zinət əşyaları düzəldəcək. Əldə olunan gəlir onkoloji xəstəliklərlə mübarizə aparan xeyriyyə fondlarına köçürüləcək. Məlumatda o da bildirilir ki, aksiya Putinin seçkiqabağı təbliğat kampaniyasının tərkib hissəsi deyil.
şərh sayısı : 1 oxunma sayi : 73
|
|
|
Amerikanın gizli tarixi -8
Böyük bankirlərin çox əhəmiyyətli bir ortaq xüsusiyyəti vardı: İstisnasız hamısı yəhudi idi!
Amerikalı yazar Corc Sylvester 1932-ci ildə yazdığı və House-Wilson əlaqəsini mövzu alan “Tarixdəki ən maraqlı dostluq: Wilson və House” adlı kitabında belə yazırdı: "Schiff, Warburg, Kahn, Rockefeller kimi nəhəng maliyyəçilər Houseyə çox güvənirdilər. House bu maliyyəçilər ilə Ağ Ev arasındakı vasitəçi idi. Bu nöqtədə çox maraqlı bir şeylə qarşılaşırıq. Çünki bu böyük bankirlərin çox əhəmiyyətli bir ortaq xüsusiyyəti vardı: İstisnasız hamısı yəhudi idi! Encyclopaedia Judaica haqqında danışılan bankirlərlə əlaqədar əhəmiyyətli bəzi məlumatlar verir: Paul Warburg; Hamburg doğulan bir Alman yəhudisi, sonradan ABŞa köç edir, böyük bankirlərin arasına girir. Yəhudi bankirlərin ənənəvi rəftarına uyğun olaraq, bir başqa yəhudi bankir ailənin qızıyla, Kuhn, Loeb şirkətinin sahibi Solomon Loebin qızı Nina Loeb ilə evlənir. Sərvəti getdikcə böyüyür.
şərh sayısı : 1 oxunma sayi : 50
|
|
|
HAQSIZLARDAN HAQLILARA

Cəfər Talıb Bu gecə Zərnigar xalanın ağrıları daha da artmışdı. Artıq ikinci dəfə idi ki, təcili yardım həkimləri gəlmişdilər. Həkim qız pambığı suya batırıb onun dodaqlarını isladırdı. Hərarəti artıq 40-ı keçirdi, elə bil 44 illik ömrünün ağrı-acıları yanırdı bədənində. Saçları son iki ayda sürətlə ağarmışdı, əti tökülmüş, dərisi sap-sarı olmuşdu. Həkimlər onun qanında xərçəng tapmışdılar. Ölkənin bütün xəstəxanaların gəzmişdi, amma nə faydası...
şərh sayısı : 1 oxunma sayi : 25
|
|
|
Onlara qalacaq
 
Ülvi Məmmədli Professional Oxucu Liqası
Bizdən də belələri çıxır
Gəlin bu dəfəki yazımı bir anekdotla başlayım, bəlkə keyfiniz duruldu. Deyir binanın 9-cu mərtəbəsində yaşayan biri qayınanasını balkondan sallayaraq deyir, bax, üçüncü mərtəbədəki qayınanasını bıçaqladı, 5-ci mərtəbədəki boğub öldürdü, amma mən onlar kimi vəhşi deyiləm, humanistəm, səni sadəcə olaraq buraxıram... Yəni kişi göstərmək istəyir ki, ondan da betərləri var.
şərh sayısı : 1 oxunma sayi : 106
|
|
|
Məktub yetişmədi
 Arzu Abdulla
Belə alçaqlar heç olmaya erməni tapdağında olan ata ruhuna da hörmət etmirlər
Araşdırmaçı yazar Aygün Həsənoğlu ölkə başçısına açıq məktub yazıb. Eyni boyunduruq altında əzilənlərə məktubun məzmunu bəllidir. Aygün xanımı çoxdan tanıyıram. “Erməni sindromu” kitabını oxumuşam. Hər dəfə onunla söhbətdən sonra ağlıma ilk gələn fikir bu olub ki, “Aygün xanım hazırda 10 alimin, 10 araşdırmaçının, 10 tarixçinin görəcəyi işi görür. Amma ona kömək edən, əl tutan olsa bəlkə bizim adını alim qoyub, dövlət büdcəsindən müftə pullar yeyən 100 “alimin” işini görər.
şərh sayısı : 1 oxunma sayi : 112
|
|
|
Gənclərin peşəkarlıq problemi
 Gülnar Musayeva
İçimdə özüm olmaqla bu ölkədə gəncsənsə demək sən bu ölkənin problemisən.Problemin kökündə sənin peşəkarlığın dayanır.Əgər sən peşəkarsansa demək sən bir addım öndəsən.Ama əsas tərəfdən yanaşşaq biz bir addım geridəyik.Və bu belədə qalacaq.Əziyyətlə universitetə qəbul ol,4il təhsil al.Və əsas məqama çatanda ilk sual sən peşekarsanmı,iş təcrübən varmı?Yoxdursa geri qayıda bilərsən ilə yola salınırıq.Bizim ölkədə peşəkar doğulmaq lazımdır.Günahı analarımızda tapaq ki,bizi niyə peşekar doğmayıblar?
şərh sayısı : 1 oxunma sayi : 95
|
|
|
"Qadağalar İran kinosunu pis-pis şeylərdən təmizlədi"
 Sən dövlətə xəyanət etmə, dinə küfr etmə, get nə çəkirsən çək, buna görə heç kəs sənə bir söz deməz
Filmlərin ideyalarında mənəviyyat, əxlaq və milli baxış qabardıldı
Əli Şərifi kino sahəsində çalışan cənublu soydaşımızdır. Onunla "Facebook"da tanış oldum, kino barədə söhbətimiz baş tutdu. Düşünürəm ki, bu söhbətimiz oxucularımızın da marağına səbəb olacaq. Əli Şərifi söhbətimizin əvvəlində şərt kəsdi ki, siyasi suallar olmayacaq.
- Mən bacardıqca siyasi suallardan qaçıram. Millətçi olsam da, sənətlə bağlı söhbətlərə siyasəti qarışdırmıram. Oxucularınıza özümü tanıtmaq məqsədilə bildirim ki, 1980-ci ildə Təbrizdə anadan olmuşam. Orta məktəbdə fotoqraf təhsili almışam. Bununla yanaşı, İran Gənc Kinematoqrafçılar Mərkəzi adlı böyük bir kollec var, ora da gedirdim. Bu kollec böyük bir təhsil müəssisəsidir.
şərh sayısı : 1 oxunma sayi : 127
|
|
| | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
VIDEOLAR
|
 |
 |
 |
Please install Flash® and turn on Javascript.
ən çox oxunanlar
Qeydiyyat
üzv olun
Təqvim
Səsvermə
| Güney Azərbaycanın ədəbi durumundan razısız? |
|