Baş səhifə
DAYAQ Haqda
Dayaq Yayınları
Üzvlük
Xəbərlər
Müsahibələr
Ədəbi Proses
Poeziya
Hekayə
Tənqid
Publisistika
Tərcümələr
Maraq dünyamız
Gülüş çələngi
Elektron Kitabxana
Səsyazmalar
Dost Linklər

Kimlikləri bəlli olmayan şəxslər tarixi kurqanda qazıntı işləri aparıb

Kimlikləri bəlli olmayan şəxslər tarixi kurqanda qazıntı işləri aparıb
Şəkinin Cəfərabad kəndi yaxınlığındakı "Cəfərabad kurqanı"nda qanunsuz qazıntı işləri aparılır. Bu xəbər Turana bölgə müxbirindən daxil olub. 
Qazıntı işlərini aparanların kimlikləri nə yerli sakinlərə, nə də arxeoloq mütəxəssislərə bildirilmir.  
Mənbə adı çəkilən kurqanın 4 min il tarixə malik olduğunu söyləyib. Ərazini əhatəyə alan polislər heç kəsi kurqana yaxın buraxmır, qazıntı işi ekskavatorla aparılır. Bu qazıntını mobil telefona çəkən yerli sakinin telefonu əlindən alınıb.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 2


Küçələrə su səpmişəm

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 3


Pəncərədən mənzərə



Gülər Sadıqova
Salxım – salxım küləklər istərəm. O uzaq, gözəl iyli ağacların olduğu bağların qoxusunu gətirsin mənə. O uzaq ölkələrin istisini gətirsin ki, orda küçələr sakitdir. İnsanlar həzin səslə mahnılar oxuyurlar. Günəş o insanları yandırmır, gülümsəyərək işıq saçır.
Dəniz – dəniz yağışlar istərəm. Hər damlasında uzaq səmaların sevgisini gətirsin mənə. O uzaq səmaların ki, orda yağışlar təmiz olur. Orda mələklər arfalarda gözəl musiqilər çalarlar.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 15


Yazmaq - yüksək səviyyədə şahmat oyunudur

Cavanşir Yusifli

(Hörmətli Əsgər Rəsulova)
Hər bir insanın, xüsusi halda hər bir yazı adamının arxasında bir səs var. Bu adamlarda həmişə geri dönmək, çevrilib “onu çağıran adama” hay vermək “qorxusu” var. Yazı bu “çağrılmaq” qorxusu yarananda baş verir, ancaq hər dəfə eşidilən səs yazıya səbəb olmaya da bilər.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 8


Patrik Züskind ƏTRİYYATÇI

Patrik Züskind. ƏTRİYYATÇI  / bir qatilin tarixçəsi /  roman


Bakı, Qanun Nəşriyyatı, 2011.
296  səhifə. 500 tiraj.   Qiyməti: 6 AZN
Fransızcadan çevirəni: Cavanşir Yusifli

Patrik Züskind (1949) İsveçrə yazıçısıdır. “Ətriy­yat­çı” dünyada ən çox oxunan ro­man­lardandır. Dün­ya­nın 35-dən çox dilinə tərcümə edilib, yüksək tirajla satılıb. Əsər Azərbaycan dilinə 2003-cü ildə tərcümə edilib və “Azərbaycan” jurnalında ixtisarla çap edilib. Qəhrəmanın fizioloji şikəstliyi fonunda XVIII əsr Fransasının, eləcə də Avro­pa­nın sirlərindən danışan roman insan cildli əcaib Jan-Batist Qre­nu­yun bütün dünyanı və onun qanunlarını alt-üst et­mə­sinin səbə­bini qoyur ortaya.
“Kontrabas” mono-pyesi müəllifin ilk əsərlərində­n­dir.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 6


Sevgidən, torpaqdan ilham alan şeirlər


Oktay Hacımusalı

Yusif Məhəmmədoğlunun “Məni belə tanı sən” şeirlər kitabı üstündə köklənərək

Şeir haqqında danışmaq ayrı şeydir. 
Şeiri addım – addım, misra – misra yaşayıb onu hiss etmək isə tamamilə bambaşqa bir şeydir. Şeir insanın – yəni onu qələmə alanın, onu Verənlə oxuyan arasında Vasitə olanın əziyyətlə ortaya çıxartdığı, içində yaşadıb hər tərəfinə çəkib çevirdikdən sonra yaratdığı hiss təlatümüdür – desək yəqin ki, yanılmarıq. Bütün hallarda şeirin sevgi ilə nifrət arasında seçim etdiyi zaman hər zaman sevgini seçməsi göz önündə olan bir haldır və bu aksiomanın qətiyyən sübuta ehtiyacı yoxdur. Çünki, əgər şeir sevgidən yaranmasaydı, onun adına şeir deməzdilər. onu hər şey adlandırmaq olardı, hətta onu ekstaz halında deyilən ardı – sırası kəsilməyən söz yığını da saymaq olardı. 

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 9


Hamilə qadınları və doğulacaq uşaqları hansı təhlükə gözləyir?

İkisindən birini seç: kosmetika yoxsa övlad?..

Bütün qadınlar ana olmaq istəyir, ana olmağın yolu da hamiləlikdən keçir. Hamiləlik zamanı normal qidalanma, normal geyim, normal istirahət, normal psixoloji durum gələcək körpənin sağlamlığı üçün əsas şərtlərdəndir. Uşağın sağlam doğulması üçün daha vacib bir şərt də var - ananın kosmetik vasitələrin hamısından imtina etməsi.

Hamilə qadınların saç boyaması nə ilə nəticələnə bilər?

Hamiləlik dövründə bir çox qadın körpənin sağlamlığına təhlükəli olduğunu düşündüyü üçün bir çox vərdişindən əl çəkir. Siqaret çəkən, içki içən qadınlar pis vərdişlərindən çətin də olsa uzaqlaşa bilirlər. Amma çox qadının ağlına belə gəlmir ki, hər gün üzlərinə çəkdikləri krem, istifadə etdikləri ətir, dodaqlarına, dırnaqlarına və saçlarını çəkdikləri boya da körpənin inkişafına ən az siqaret və içki qədər zərərlidir.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 3


BAYQUŞ

древний храмLevon Xeçoyan

(hekayə)

Beno davadan 5 günlük məzuniyyətə gəlib, Qarnikin evinə yollananda biz də onun dalınca getdik: bütün məhəllə bu fikirdəydi ki, Qarnikin ilk işi Valeri Melkumovu öldürtmək olacaq.

Valeri Melkumov danüzü «Jiquli»sini qarajdan çıxarıb, Alislə birlikdə şəhərdən tez-tələsik gedəndə biz əmindik ki, öz motosikletinə minib onlara çatmaq xüsusi təyinatlı döyüşçü Benonun əlində heç bir şeydi.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 6


Heykəltəraşın real görünən arzusu

Əməkdar rəssam Görüş Babayev: "Görkəmli bəstəkar Qara Qarayevə Bakıda abidə ucaldılmasını istərdim"

Görüş Babayev 1943-cü ildə Bakıda anadan olub. Azərbaycanda istedadlı jurnalist kadrlarının hazırlanmasında müstəsna xidmətləri olan, böyük alim, istedadlı yazıçı Nurəddin Babayevin övladıdı. Böyüdüyü mühit onu erkən yaşlarından incəsənət aləminə gətirib. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil olub. Ali təhsilini isə Sankt-Peterburqda alıb. Yüksək ixtisaslı kadr kimi Bakıya qayıdaraq xalq rəssamı Ömər Eldarovun rəhbərliyi altında yaradıcılıq emalatxanasında heykəltəraşlığın sirlərini öyrənməkdə davam edib. Bu gün istedadlı heykəltəraş kimi tanınan əməkdar rəssam Görüş Babayevin sənətsevərlər tərəfindən yüksək dəyərləndirilən əsərləri çoxdu. Həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda təşkil edilən müxtəlif sərgilərdə iştirak edib, beynəlxalq müsabiqələrin qalibi olub. Böyük Azərbaycan şairi Mirzə Şəfi Vazehə Gəncədə ucaldılan abidə Görüş Babayevin imza atdığı uğurlu əsərlərdən biridi.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 5


“Bəyin oğurlanması”nda biz hamımız varıq

İntiqаm HACILI 

Sоvеt dövründə çəkilən filmlərimizin bir çохunun dirijоrunun еrməni olduğunu titrlərdən rahat oxumaq olar. Аmmа elə filmlərimiz də var ki, onların dirijоru ömründə еrməni оlа bilməzdi. Оnа görə ki, ən аzındаn filmin ritmində biz başdan-ayağadək özümüzük, əlavə bir müdaxilə isə ritmi pozmağa kifayət edərdi. Misal üçün, “Bəyin оğurlаnmаsı” bədii filmi. Filmin adı belə, nеcə dеyərlər, yаd ünsürləri özündən uzаqlаşdırıb.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 14


1 günün 3 yazısı

Qatilimə e-namə! Ölümümə yazılmış sevincləmə...

Rafiq Tağının qətlinə bağışlanılır...

Bilirəm, haçansa vurulacağam: nə fərqi var, mən kimsə sevdim, yaxud hansısa qatil məni vurdu - ölüm məni sevdi...

Əziz qatilim, çox xahiş edirəm, məni vuranda ya başımdan, - baxmayaraq ki, onun unikallığını gözəl bilirəm, ölsəm, tibb fakültəsinə vəsiyyət-ərməğan edirəm, - ya da ürəyimdən vur ki, o dəqiqə canımı millətə tapşırım...

Xəstəlik və yaralanmağı xoşlamıram, öldüyüm ANda və məkANda şivən salacağam, qoy harayımı planetdəki 6 milyard canlı ölü, bütün məxluqlar və göydəki sonsuz mələklər eşitsin! Sən məni normal vurub öldürməsən, çox iradəliyəm, 10 % həyati gücüm də qalsa, dalınca düşüb silahını gözünə, ya da haranasa - lap bu sözə oxşayan yerinə - soxacağam: hədəfindən heç yayınma...

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 30


Ən qısa əsərdir insan həyatı...


Könül Səid

Yusif Məhəmmədoğlu yaradıcılığı haqqında düşüncələrim

Sinəndə ağrılar zaman-zaman sən
Çox dərdlər çəkmisən, Azərbaycanım.
Qəmli günlərini ağır olsa da
Canda gizlətmisən, Azərbaycanım.


Yaradiciliq insanla birgə doğulur , gözlərini bu geniş dünyaya açır və qol-qanad salıb inkişaf edir. İldən -ilə də öz inkişafının kamil zirvəsini fəth etməyə çalışır. Əslində yaradıcılıq onu yaradanın ruh əkizinə bənzəyir . Sanki hər addımında onun yaradanına dayaq olmaq üçün , dəstək olmaq üçün var olur. Bu ruh əkizinin olması da yazıçını bir fərqli dünyanın insanı olmasına səsləyə bilər. Öz dünyası , öz yaradlcı ruhu ilə fərqlənən yazıçılarımızdan bir də Yusif Məhəmmədoğludur. 

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 44


Yanıq Kərəm


Aydin Xan Ebilov : Vallahi, biz həyatda necəyiksə, elə virtual dünyada da eləyik e! Yanıq Kərəmizm içimizə elə hopub ki, əksər vaxtlarda beləcə başımızı və maşınımızın açarını itiririk! Bu artıq bəlkə də 100-cu yazışma-şəkildir ki, o halımızı Feysi-Faktlaşdırır! )))

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 15


“SƏN MƏNİM QƏDRİMİ BİLƏSƏN DEYƏ”...

Zaur QeribogluZaur Qəriboğlu

Gözəl qız, sən saf susan,
İki qəlb arzususan. 
Mənsə səni sevirəm 
Susuzluğun od vurub,
köz kimi yandırdığı
dodaq su sevən kimi...

Bu şeiri məktəbliykən oxuyub öyrənmişdim. Xoşum gələn qızlara da məktub formnasında şeiri yazıb yollamışdım.  Hamısı da onu sevdiyimi zənn etmişdi. Lakin yaş ötdükcə, anladım ki, sən demə, mən heç sevməmişəm...

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 33


Tənha


Rövşən Yerfi

Tənhalığını duyan yaradıcı dostlarıma ithaf edirəm...

Onu həyatda kimsə sevirdimi?.. Həmişə bu sual ürəyini sıxırdı. Düşünürdü, heç kim... Kimsəyə gərək deyildi. Ona görə də daim özünü dünyada tək, kimsəsiz, tənha sayırdı. Başqa insanlar adətən Tanrını tək sanırdıldar, insanın təkliyinə isə ayrı nəzərlə yanaşırdılar. Onun aləmində o da tək idi. Tam əmin idi ki, dünyanın bu zamanında, bu adda, bu şəkildə, bu taledə - heç yerdə onun təkrarı, ikincisi yoxdu. Oxşarı, bənzəri ola bilərdi, ancaq eynisi yox... Ola bilməzdi! Onun barmaqlarındakı izlərdən kimdəsə eynisi ola bilərdimi?..

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 22


Nərmin Kamal. "Umberto Eco və Postmodernizm fəlsəfəsi"

                 

“Qanun” nəşriyyatı hesabına nəşr olunmuş, hazırda satılıb qurtardığından satışda olmayan “Umberto Eco və postmodernizm fəlsəfəsi” kitabını buradan endirmək olar.

Kitab haqqında mətbuatda dostların yazdıqlarından indi İnternetdə qalanlar:

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 22


Çəkicli hekayə

Öz işindən, güzəranından narazı bir heykəltaraş çox varlı bir tacirin evinin önündən ötürdü. Qapı açıq olduğundan o tacirin dəbdəbəli evini, böyük bağını, çox sayda nökər-qaravaşını gördü. Halına acıyaraq öz özünə "Bu tacir nə qədər sərvətilidir!", - deyə düşünüb onun kimi tacir olmağı arzuladı. Möcüzə baş verdi və bir an içində çox varlı tacirə çevrildi.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 27


İkinci arvad da qaçdı

Kənan Hacı

Gülağa elektrik qaynaqçısı idi, yəni “svarşik”lik oxumuşdu. Gül kimi sənəti ola-ola getdi qurşandı qumara, bir gün uddu, bir gün uduzdu, o vaxt ayıldı ki, gördü öz ömrünü uduzub...
Ömrünün sandığında gizlədiyi naftalin qoxulu günlər isə daha əvvəlkitək təzə-tər deyildi; bu yıpranmış günlər indi nə ona lazım idi, nə də özgəsinə.

Gülağa bir arvad aldı, ayağı bəd oldu, toydan yığılan pulları elə toydaca uduzdu, səhər çörəyi dükandan nisyə götürdü. Sonra bədayaq arvadı boşadı.

İkimərtəbə evlərinin birinci mərtəbəsində qoca anası qartımış qızıyla birgə qalırdı. Bu evi dədəsi Əhməd kişi cavanlığında tikmişdi. Həddən ziyadə sadəlövhlüyünə görə kənd içində adının qarşısına bir ayama da qoşmuşdular- Gic Əhməd. Yaxşı başmaq, nəleyin tikərmiş- bir sözlə, hala adammış, rəhmətlik.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 49


1500 illik gəlin


Tural Balabəyli

Elə mahnılar var ki, xalqın qan yaddaşını, inamını, sevgisini özündə yaşadır. Hansısa tarixi hadisəyə, olaya birbaşada olmasa, dolayı yolla söykənən xalq mahnılarımızda var.  Bu mahnılarda xalqın yaşadığı hansısa tarixi anın gizlinləri boylanır. Bəzən sevgi dolu misralarda, həzin bir notun, musiqinin müşaətində tarixi bir gerçəklik əks olunur. Ilk baxışdan nakam bir sevgidən bəhs olunan xalq mahnısında aşiqin, yaxud toplum olaraq bir xalqın yaşantıları, mənəvi iztirabları nəzərdən yayına bilmir. Belə mahnılardan biri də Azərbaycan xalqının məşhur “Sarı gəlin” mahnısıdır. 

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 17


Oxuyun və tanıyın: Eldəniz Quliyev

Eldəniz Cümşüd oğlu Quliyev – ssenari müəllifi, aktyor və kino redaktoru.
20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (A. Tarkovski, V. Yejov və O. İoselianinin yaradıcılıq emalatxanası, 1979-1981). "Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981-1987), "Debüt" studiyasında baş redaktoru (1987-1992), "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru (1993-1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 32


Türkiyəyə gedən fahişələr artır

Türkiyədə “at oynadan” azərbaycanlı qadınlar

“Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar deportasiya edildilər”, “Türkiyədə qanunsuz yaşayan uşaq dayəsi ölkədən çıxarıldı”, “vətəndaş nigahında yaşayan azərbaycanlı qadın Türkiyədən qovuldu” və daha nələr... Bu kimi başlıqlı xəbərləri hər gün oxuyuruq və Azərbaycanın kənardan görünüşünün o qədər də xoş olmadığını hiss edirik.
Düzünə qalsa, Türkiyənin özündə də bu problem olduqca qabarıb, bunun səbəbi bir tərəfdən gəlmələr olsa da, bir tərəfdən yerlilərdir. Elə onların özündə bir məsəl var, “heç kim süddən çıxmış ağ qaşıq deyil”, bizim məsələ görə “heç kim aydan arı sudan duru deyil”. Amma insafən, rus, erməni, ukraynalı qadınlar bu ölkəni bərbad bir duruma gətirib çıxarıb.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 39


Bakıda “Traviata”: Verdinin ilahi musuqisi və ailə haqqında arzular

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası olub.
İnsan qəlbinin bilicisi L.N.Tolstoyun “”musiqi – hislərin stenoqrafiyasıdır” sözlərinə inansaq, o zaman Verdinin operası bir hissin – sevginin ondan doğan bütün nüanslar – ehtiras, qısqanclıq, anlaşılmazlıq, ayrılıq, barışıqla birgə – stenoqrafiyasıdır.
Süjet iki başlanğıcın – ailə institutunun rəhbəri Jorj Jermonun və azad sevginin tərəfdarı olan Violettanın dramaturji konflikti üzərində qurulub. “Traviata”da – italyancadan tərcümədə “əxlaqsız qadın” (başqa varianta görə, bu söz “alaqotu” kimi tərcümə olunmalıdır) elə Violettanın özüdür.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 39


Şəfa Cəbiyeva “Qarğa yuvası” haqqında

shefa-cebiyeva

Müstəqillik dövrünün romanları sırasında İlqar Fəhminin “Qarğa yuvası” yarımtarixi romanı ədəbi aləmdə maraqla qarşılandı. Romanda son illərin nəsr əsərlərində müşahidə olunan paralellik- tarixi şəxsiyyətlərin və onların həyatlarının fərqli şəkildə təqdim edilməsi vardır. Belə ki, yarımtarixi roman adlandırılan “Qarğa yuvası” Cəlalilər hərəkatı dövrundəki Koroğlu və şəxsiyyətindən bəhs edir. Əsərdə hadisələrin real təsvirindən daha çox, yazıçı təxəyyülündən yaranan məqamlara rast gəlinir. Əgər dastanda Koroğlunu qorxmaz, igid, cəsur bir qəhərman kimi təsvir olunursa, romanda onun xarakterində qorxu hissinin də olduğunu görürük. 

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 66


Leyla Əliyevanın çəkdiyi rəsmlər – FOTOLAR

Yanvarın 17-də Londonun məşhur “Phillips de Pury & Company” müasir incəsənət, fotoqrafiya və dizayn sərgi qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Bakıya uçuş” adlı sərgi açılıb.
İşləri sərgilənən sənət adamları arasında təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya və video kimi istiqamətlər üzrə çalışan Ağa Hüseynov, Aida Mahmudova, Əli Həsənov, Altay Sadıqzadə, Əliyar Əlimirzəyev, Ənvər Əsgərov və başqaları var.
Müasir Azərbaycan incəsənətinin ən istedadlı sənətkarlarının əsərlərindən ibarət sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla xanım Əliyevanın çəkdiyi rəsmlər də nümayiş olunur.
Sərginin açılışında Londonun bütün say-seçmə sənət adamları, incəsənət dünyasının elitası, dünya miqyaslı məşhurlar, media mənsubları iştirak ediblər.
ANN.Az AzərTAc-a istinadən Leyla xanım Əliyevanın fırçasının məhsulu olan əsərləri oxucularına təqdim edir.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 53


Tehran Əlişanoğlu. Ədəbiyyat olan yerlərdə

"Məqamlar" kitabı üzərinə notlar
Ədəbiyyat söhbəti günümüzdə önəm kəsb etməyə başlamış; bu yaxşıdır. Yazıçılar: Elçin və Yaşarın “525-ci qəzet”də dərc olunub, sonra Oxu zalında daha da geniş auditoriyalar qazanmış söhbəti; yaxın günlərdə işıq üzü görmüş “Salam Sarvan. Etimad Başkeçid. Kamal Abdulla. [məqamlar]” kitabı, başqa sözlə: “Məqamlar. Kamal Abdullanın yaradıcılığı ətrafında ədəbiyyat söhbəti” (“Mütərcim”, 2011); bir az da əvvələ getsək: “Tənqid.net” jurnalının 1, 2, 5, 6-cı saylarında Nərmin Kamal və Tehran Əlişanoğlunun “Sərt müstəvidə” internet yazışması bu qəbildəndir. Yenə varsa, lütfən sıranı tamamlayın…

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 32


Anarın ədəbi və ictimai fəaliyyəti barədə

Sayman Aruz

Xeyirlə şəri, gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi,- bir sözlə, insan ruhunun ali və xırda duyğularını nəsr səviyyəsinə qaldırmaq ehtirası bu gözəl yazıçımızın fitrətindədir

Anarın müasir nəsrimizin inkişafında, yeni ruhlu ədəbiyyatın yaranmasında, lirik-psixoloji üslubun daha da qabarıq şəkil almasında xidmətləri böyükdür

 Dünya ədəbiyyatında elə yazıçılar var ki, onların qələmindəki axıcılıq, dilin gözəlliyi, obrazların zənginliyi və genişliyi oxucunu valeh edir. Elə sənətkarlar da var ki, onlardakı bədii xəyalın yüksəkliyi, konfliktlərin kəskinliyi bizi cəlb edir. 

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 41


"Fransa Minsk qrupundan çıxarılmalıdır"

Fransa Senatının "erməni soyqırımı"nın inkarına görə cinayət təqibi haqqında qanunun qəbul edilməsi məsələsi Azəri-Türk Qadınlar Birliyi tərəfindən də hiddətlə qarşılanıb. ATQB sədri Tənzilə Rüstəmxanlı bu barədə bildirib ki, Fransa "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etməklə söz azadlığı və demokratiya kimi dəyərlərə qarşı çıxır. ATQB-nin adından verilən bəyanatda deyilir:

"Bu qanun inkvizisiya sisteminin qayıtmasına yol verir. Bu hadisə söz azadlığını prinsiplərinə ziddir. Fransanın yalançı tarixin qalasına çevrilməsinə yol verməyin! Fransa yalançı tarixə qahmar çıxmaqdansa öz tarixinə diqqət yetirib, Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi soyqırımlara baxsın. 

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 32


2011-ci ilin ən yaxşı şəkilləri

Qardaş Türkiyədə 2011-ci ilin ən yaxşı fotolarını secmək ücün yekun müsabiqəsi kecirilib. Sərgiyə təqdim edilən ən yaxşı fotoları sizlərə təqdim edirik.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 34


Qadın yaxşı şey olsaydı, Tanrının da arvadı olardı


Qadın haqqında aforizmlər

Məşhur filosofların, yazıçıların qadınlar haqda söylədiklərini təqdim edirik. 

“Heç bir qadın bir kişiylə puluna görə evlənməz. Qadınlar milyoner evlənməmişdən qabaq ona aşiq olacaq dərəcədə ağıllıdılar”. (Paveze)

“Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər”. (Paveze)

“Bu gün həyat yoldaşım vəfat etdi. Amma masamın üzərində başımı qatacağım xeyli sənəd-sünəd var”. (Kamyu)

“Qadın hər şeyi görən gözü də aldada bilər”. (Dostoyevski)

“30 ilimi qadın psixologiyasını öyrənməyə həsr elədim. Ancaq böyük sualın cavabını tapa bilmədim: qadınlar nə istəyir?” (Freyd)

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 89


Susqun həftə sonu

Səhər Əhməd

Səssizliyə  ehtiyacım var. Qaranlığa. Saat səsinin belə pozmadığı sükuta.
Zamanı unutmaq istəyirəm...
Izdihamın  içində gəzdirdiyim tənhalığımı rənglərdən, səslərdən soyunmaq.
Dadını çıxarmaq yalqızlığın. Gecənin, qəhvənin, hüzurun.
Düşünmək istəyirəm...
Kimdim mən, nəydi istədiyim bir vaxtlar?  
Bəs sən kimdin, niyə vardın  yaxud  nədən yoxsan?  
 Deməli, hər qurtum qəhvəni,  hər udum havanı   paylaşa  biləcək kimsə yox bu dünyada. Və bütün dostluqlar, sevgilər,” ən böyük sənət” olan  insan məhəbbəti də bir yerə qədər.
Pıçıldamaq istəyirəm:
-Eyy, adamlar, mən sizi sevdikcə tənhalığa vuruldum.
-Eyy, adamlar, sizə əsir olmaq xoşdu, sizdən azad olmaq daha xoş.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 47


“Şeiri sevməyən şair – Salam Sarvan”

“Qanun” nəşrlər evində tanınmış şair salam Sarvana həsr olunmuş kitab işıq üzü görüb.
ANN.Az-ın verdiyi xəbərə görə, kitab “Şeiri sevməyən şair – Salam Sarvan” adlanır.
Kitabda Salam Sarvan haqqında ən ziddiyyətli fikirləri, “Uşaqlığı” və “Böyüklüyü”, şeirlərindən nümunələri, Salamla böyük söhbət – şairin 67 suala cavabını, ona ithaf olunmuş şeirləri, dillər əzbəri olan misralarını, “Keçəl Həsən və Həsən Keçəl” – ironik düşüncələrindən seçmələri və esselərindən nümunələri oxuya bilərsiniz.
Kitabı şəhərin kitab mağazalarından (“Əli və Nino”, “Akademiya Kitab”, “Akademkitab”, “Kitab evi” və s.) əldə etmək olar.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 19


Vüsalın nənəsi


Vüsal Nuru : BU MƏNİM NƏNƏMDİ, GELSÜM. BEYNİ ÇÖNÜB ARVADIN. DEYİR, GEDİRƏM O SARKAZİNİ DƏ VURAM, ERMƏNİ DIĞASINI DA. İNDİ SƏSƏ QOYMUŞUQ. GETSİN GETMƏSİN?

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 39


Dorito

Hüseynbala Mirələmov

Payızın əvvəlləri idi. Çiskin yağış yağırdı. Evdən işə gedirdim. Şəhərin “Muğan” hoteli yerləşən hissəsində – dörd küçənin kəsişdiyi yerdə işıqforun qırmızı işığında maşını əylədim. Bu zaman bir əl maşının pəncərəsinə sarı uzandı. Ötəri baxdım – iyirmi iki – iyirmi üç yaşlarında bir gəlin idi. Onun qaranquş yuvası kimi bapbalaca ovcunun içində dəmir qəpiklər vardı və göydən düşən yağış damlaları bu qəpiklərə dəydikcə onların cingiltisindən xəfif bir ahəng yaradırdı. 

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 27


CAMIŞ- ADAM

camışAliq Nağıoğlu

(Esse)

 ...Mənim camışa bir heyvan kimi nədən nifrət et­di­yi­mi heç kəs bilə bilməz.Sirqayın adam olmasam da, özümə aid üç-beş iç məsələmi kimsəyə açmadığımdan əminliklə deyirəm. Hər bir şeyin yeganə səbəbi yoxdur, çoxlu səbəbi var.
Sonralar əhatəsində olduğum insanların bu varlıqla bağlı taleyüklü büdrəmələri olduqda ilk öncə yaddaşımda onların bədheybət, laqeyd görünüşləri dalğalandı...

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 53


Delfin duası


Emin Ahmadzadeh

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 19


DOMİNO DAŞLARI

Elvin Bakiroğlu

Oyun daşı kimiyik,
Bizi həsrət ayırıb.
Biz bir qoşa kimiyik,
Arada xətt ayırıb.

Gəl birləsək bir dəfə,
Bu xəttə yağı olaq.
Sən də keç bu tərəfə,
Ikinin ağı olaq.

Yandı bağrım gəl daha,
Gəl qovuşaq, evlənək.
Sonra çıxaq sabaha,
Üçün ağına dönək.

Gəl bu dərdi uçuraq,
Sevinc göz yaşlarıyla.
Yuva quraq, ev quraq,
Domino daşlarıyla…

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 38


Vəlidən gizlin sizə məktub yazıram

imageGünay Dağlı

Deyirlər ki, “gənclik gələcəyimizdi.” Bəs, görəsən gəncliyi keçmişimiz adlandıra bilərik? Məncə hə!!! Bilirsiniz niyə “hə” deyirəm?... çün ki, bəzi gənclərimiz var ki, keçmişini öyrənərək gələcəyinizə addımlayır. Mən əslində bütün növ yazıları oxumağı sevirəm. Amma nədənsə əruz vəznində yazılan yazıları məhz elə şairlərin, yəni ki, qəzəlxanların dilindən dinləyərkən daha da rahat oluram. Əslində bunun bir səbəbi var. Qəzəl nə qədər bizim anladığımız dildə yazılsa da bəzən biz onun mənasını sıradan bir deyilişdə anlamırıq. Bizim gənc yazarların arasında qəzəlxanlarla çox az-az rastlaşırıq. Amma bu gün həqiqətən də qəzəl yazan gənc yazarlarımız var. Bunların sırasında haqqında sizə söhbət açacağım qəzəlxan Vəlixan Abdullayev də var. Bəlkə də indicə yazdığım və sizin elə indicə oxuduğunuz “Qəzəlxan” sözü bir az yerinə düşmədi. Çün ki, nəinki mən elə Vəli də “Qəzəlxan” sözünü nə qədər böyük ustadlara deyildiyini bilirik. Amma bu sözü bu dəqiqə mən arzu edərək yazdım siz oxudunuz. Mən Vəliyə böyük qəzəlxan olmağı arzulayıram deyim və söhbətimizə davam edək... 

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 29


Ədəbiyyat dərsliklərimiz barədə -3


İbrahim Sel
Professional Oxucu Liqası

“Azərbaycan ədəbiyyatını oxumağa sərf etdiyim vaxtı boşuna getmiş sayıram” (Əhməd bəy Ağaoğlu).

Bu müasir yazı təhsil sistemini başa düşməyiniz üçün açar rolunu oynayacaq

 Səviyyəsiz hazırlanmış dərsliklər təhsil sistemimizin əsas başağrılarından birinə çevrilib. Dərsliklərin qeyri-pedaqoji olmasıyla əlaqədar cəmiyyətdə çoxlu narazılıqlar vardır. Həmin məsələlərin bir qismini araşdırdıqdan sonra bu yazını hazırlayıb sizin də nəzərinizə çatdırmaq qərarına gəldik.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 52


“İşıqlı Atalı – Ata Yolunda 20 il” tədbiri keçirilib

22 Qar ayı 33-cü ildə (22 yanvar 2012) Mütləqə İnam Ocağının Ruhani Mərkəzinin İnam Evində Ocaq Yükümlüsü İşıqlı Atalıya həsr olunmuş “İşıqlı Atalı – Ata Yolunda 20 il” tədbiri keçirilib.
Toplantını Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh Atalı aparıb və “İşıqlı Atalı 20 yaş – insani-milli tərəqqi ruhaniyyatçısı” mövzusunda içsəsni deyib: “İşıqlı ilə Ocağa zərifliklə sərtliyin birliyi gəlib. İşıqlı Atalıda nə sərtlik boyaqdır, nə zəriflik: hər ikisi doğaldlr, ata-anadan və onun çox sevdiyi, dilinin əzbəri olan türklükdən, türk ulusundan gəlmədir.
İşıqlı heyrətamiz dərəcədə nizamlı, intizamlı, işgüzar, enerjili, yorulmaz, məqsədəyönəlmiş, universal bacarıqları olan şəxsiyyətdir. Ocağın yaşarılığı üçün kristal vəhdətə, özünüidarəyə atılmış addımın müəlliflərindən biri İşıqlı Atalıdır.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 83


Azərbaycanlı ailə öz oğlanlarına Qəddafi adı qoyub

Məşhur insanların adlarına cəmiyyətdə böyük maraq olub. Bir çox hallarda valideynlər yeni doğulan övladlarına məşhur siyasi liderlərin, müğənnilərin, aktyorların, nağıl, dastan, teleserial qəhrəmanlarının adlarını veriblər. İraqın keçmiş lideri Səddam Hüseynin məşhur vaxtlarında nəinki ərəb ölkələrində, hətta çox-çox uzaqda yerləşən Azərbaycanda da uşaqlarına Səddam adı qoyanlar vardı.    
Modern.az saytı daha maraqlı bir məlumat əldə edib. Bakıda Qəddafi adlı uşaq da yaşayırmış. Həm də o, başqa millətdən deyil, azərbaycanlıdır. Doğum haqqında şəhadətnaməsinə də belə yazılıb: Hüseynov Qəddafi.
Əməkdaşımızın məlumatına görə, 9 yaşlı Qəddafi Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli orta məktəbdə oxuyur. Qəddafi Hüseynov 73 nömrəli məktəbin 4-cü sinfində təhsil alır.
Balaca Qəddafinin özü adının mənasını, mənşəyini bilmir. Deyir ki, valideynləri ona Qəddafi adı qoyublar.
Qəddafinin valideynləri siyasi prosesləri izləməyən sadə adamlardır. Onların sözlərinə görə, bu adı 9 il öncə telekanalların birindən eşidiblər. Həmin vaxt kanallardan biri Liviyanın məşhur eks-lideri Müəmmər Qəddafinin hansısa ölkəyə səfərindən reportaj verirmiş. Ad valideynlərin xoşuna gəldiyindən o ərəfədə ailədə doğulan oğlan uşağına Qəddafi adını verməyi qərara alıblar. Elə şəhadətnaməsinə də beləcə yazdırıblar.

davamını oxu

şərh sayısı : 1 oxunma sayi : 22


| [1] | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 |

VIDEOLAR

Nərmin Kəmal

Həmid Herisçi- Sabir Əhmədlinin xatirəsinə

Please install Flash® and turn on Javascript.

ən çox oxunanlar
Ulvira Qarayeva:”Yenidən evlənmək istəyirəm”-FOTOLAR
Tanrı girir aramıza
Nuranə Nur
M.Ərğəvan
Yalnız İnsan
Şəfəq Azəri
Fərzad Leysi
Günel Xəzəl
Məlihə Əzizpur
Sayman Aruz
Qeydiyyat
Email
parol
üzv olun
Təqvim
<< Yanvar 2012 >>
Be Ça Ç Ca C Ş B
 
 
 
 
 
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
 
 
 
 

Səsvermə
Güney Azərbaycanın ədəbi durumundan razısız?
bəli
yox
ümumiyyətlə orada ədəbiyyat yoxdur!
Qurumun başqanı: Sayman Aruz
E-mail: saymanaruz@gmail.com
Əlaqə: +994 50 233-66-98